
Məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldo ilə üç övladının anası, model və sosial media fenomeni Corcina Rodrigezin gizli şəkildə evləndiyi iddia edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildən birlikdə olan cütlüyün instaqramda üzük fotolarını paylaşmaları, eləcə də dostları üçün ziyafət təşkil etmələri evlilik xəbərinin yayılmasına səbəb olub.
Ronaldonun meneceri jurnalistlərin cütlüyün toyunun olub-olmaması barədə sualını belə cavablandırıb:
“Hazırda Kriştianonun Corcina ilə evləndiyini nə təsdiq, nə də təkzib edəcəyəm. Bu barədə heç nə deyə bilməyəcəyəm”.
İbrahim Cəfərov



