
Braziliyada dəhşətli yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kuyaba şəhərindən yola çıxan sərnişin avtobusu Lukas-do-Rio-Verde şəhəri yaxınlığında yük maşını ilə toqquşub. Qəzada 11 nəfər həyatını itirib, 11-i ağır olmaqla 45 nəfər isə yaralanıb.
Dərhal hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.
Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Məhəmməd Tağıyev



