|
|
|
|

“ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün mühüm imkanlar açır”.
525.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in paraflanmasını tarixi addım adlandırıb. Bəyannamənin həm Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həm də Ermənistan-Amerika əlaqələri üçün əhəmiyyətini vurğulayıb: “Həm ABŞ-la ikitərəfli danışıqlar, həm də ABŞ-Ermənistan-Azərbaycan üçtərəfli görüşü son dərəcə əhəmiyyətli idi, hətta tarixi demək olar”.
Ermənistan Xİn başçısının müavininin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı bəyanatları danışıqlar prosesinə müsbət təsir edib: “Biz imzalanmış sülh bəyannaməsini Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün mühüm mərhələ və fürsət kimi qiymətləndiririk”.
Pərvanə Sultanova



