|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Paşinyan Makronu avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələri barədə məlumatlandırıb.
“Baş nazir Fransa prezidentinə xüsusilə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərini ləğv etmək üçün ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, həmçinin “Sülh və Rifah naminə Tramp Marşurutu” barədə məlumat verib”, - açıqlamada deyilir.
Paşinyan onu da vurğulayıb ki, sülhün bərqərar olması Ermənistanda və regionda yeni investisiya imkanları açır.
Pərvanə Sultanova



