|
|
|
|

ABŞ Rusiya ilə müharibədə Ukraynanın maliyyələşdirilməsini dayandırmaq və regionda sülhə nail olmaq istəyir.
525.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News” proqramında bildirib.
“Rusiya - Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini gətirmək istəyirik”, - deyə Vens vurğulayıb.
O, Amerika xalqının vergi pullarının bu müharibəyə xərclənməsindən bezdiyini və Avropa ölkələrinin məsuliyyəti öz üzərinə götürməli olduğunu qeyd edib.
İbrahim Cəfərov



