|
|
|
|

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda məskunlaşan səfilləri paytaxtdan qovmağı planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Səfillər təcili buranı tərk etməlidirlər! Mən paytaxtımızı heç vaxt olmamış kimi gözəl və təhlükəsiz edəcəm", - deyə Tramp statusunda bildirib.
Qeyd edək ki, hələ prezidentliyə namizəd olduğu dövrdə verdiyi açıqlamaların birində Donald Tramp Vaşinqtonu çirkli və təhlükəli şəhər adlandırmışdı.
L.Tağıyeva




