|
|
|
|

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkənin böyük hissəsində gözlənilən yüksək temperatur səbəbindən insanlara xəbərdarlıq edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqlar sabah yerli vaxtla saat 09:00-da başlayacaq və çərşənbə günü saat 18:00-a qədər davam edəcək. Bu çərçivədə paytaxt London, ölkənin şərqi və cənub-şərqi bölgələri, eləcə də Şərqi Midlands və Qərbi Midlands bölgələri üçün “narıncı” xəbərdarlıq elan olunub.
Bunun səhiyyə və sosial xidmətlər sahəsinə ciddi təsir göstərə biləcəyi vurğulanıb.
Ləman İlkin



