|
|
|
|

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada İsrail ordusu tərəfindən 6 fələstinli jurnalistin öldürülməsini pisləyib.
525.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində Yaxın Şərqdəki hadisələrlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
“Deyə bilərəm ki, baş katib (Quterreş) avqustun 10-da İsrailin Qəzza şəhərinə endirdiyi hava hücumunda altı fələstinli jurnalistin öldürülməsini pisləyib. Bu son qətllər jurnalistlərin davam edən münaqişəni işıqlandırarkən üzləşdikləri ifrat riskləri vurğulayır. Jurnalistlərə və media işçilərinə hörmət edilməli, müdafiə olunmalı və öz işlərini sərbəst, qorxu və təqiblərdən uzaq şəkildə həyata keçirməyə imkan verilməlidir”, - deyə Dujarrik bildirib.
Məhəmməd Tağıyev



