|
|
|
|

Hindistanda pələng 22 yaşlı gənci parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə həftəsonu Madhya-Pradeş ştatında baş verib.
Biçpura kəndinin Dharmendra Sinqh adlı sakini mal-qara otararkən pələngin hücumuna məruz qalıb. Pələng əvvəlcə inəklərdən birini boğub.
Bundan xəbərsiz çoban leşə yaxınlaşarkən pələng ona da saldırıb.
Çobanın parçalanmış cəsədini bir müddət sonra meşə departamentinin əməkdaşları aşkarlayıblar.
Qeyd edək ki, departament əməkdaşları adamyeyən pələngin axtarışlarına başlayıblar.
L.Tağıyeva



