|
|
|
|

Rusiya və Belarus orduları 12-16 sentyabr tarixlərində birgə strateji hərbi təlimlər keçirəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarusda keçiriləcək təlimlərlə bağlı bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, təlimlərin məqsədi Rusiya və Belarusun hərbi imkanlarını sınaqdan keçirmək, həmçinin İttifaq Dövlətinin hərbi təhlükəsizliyini təmin etmək və mümkün təcavüzün qarşısını almağa hazırlığı yoxlamaqdır.
Qeyd edək ki, İttifaq Dövləti sərhədsiz birlik və keçmiş iki sovet respublikası – qonşu Belarus və Rusiya arasında yaradılmış alyansdır.
Ləman İlkin



