|
|
|
|

İspaniyanın şərqində yerləşən Balear adalarına son 48 saat ərzində 19 qayıqla 337 qanunsuz miqrant gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Sahil Mühafizəsi və Jandarması məlumat yayıb. Bildirilib ki, Balear arxipelaqına daxil olan Cabrera, Formentera, Mayorka və İbiza adalarına müxtəlif qruplar şəklində miqrant axını yaşanır. Afrika sahillərindən çıxaraq Balear adalarına çatan miqrantlardan 240 nəfəri (12 qayıqla) bu gün, 97 nəfəri isə (7 qayıqla) dünən gəlib.
İspaniya Daxili İşlər Nazirliyinin statistikasına görə, bu il indiyədək 206 qayıqla ümumilikdə 3913 qanunsuz miqrant Balear adalarına üz tutub.
Ləman İlkin



