|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının rəhbəri (KXDR) Kim Çen In arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblər.
İki lider Rusiya və KXDR arasında 2024-cü ilin iyununda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinə uyğun olaraq bütün sahələrdə əməkdaşlığın inkişafına sadiq olduqlarını təsdiqləyiblər.
Putin Çen Inı KXDR-nin Yaponiyadan azad edilməsinin 80 illiyi münasibətilə təbrik edib.
Rusiya Prezidenti həmçinin KXDR liderini avqustun 15-də ABŞ dövlət başçısı Donald Trampla gözlənilən görüşü barədə məlumatlandırıb.
İbrahim Cəfərov



