|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.
525.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, səbəb hökumət rəhbərinin məzuniyyətdə olmasıdır.
Qeyd edilib ki, Baş nazirin müavini Mher Qriqoryan iclasa qatılacaq.
Xatırladaq ki, Aİİ-nin Avrasiya Hökumətlərarası Şurasının iclası 14-15 avqust tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.
Pərvanə Sultanova



