
“Belarus İranla istənilən məsələni - ərzaq tədarükündən tutmuş hərbi-texniki sahəyə qədər əməkdaşlığı müzakirə etməyə hazırdır”.
525.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko iranlı həmkarı Məsud Pezeşkianla görüş zamanı deyib.
“Siz bizim dostumuz olaraq qalırsınız. Biz İran Respublikası qarşısında götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməyə sadiqik. İstənilən məsələləri müzakirə etməyə hazırıq, qapalı mövzumuz yoxdur. Bizim dostluğumuz kiməsə qarşı deyil, hər şeyi xalqlarımızın - İran və Belarus xalqlarının rifahı üçün edirik”.
Pərvanə Sultanova



