
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Ukrayna məsələsi ilə bağlı son prosesləri müzakirə ediblər.
Kremldən verilən məlumata görə isə, Putin Ərdoğanı ABŞ prerzidenti Donald Trampla Alyaskada keçirdiyi görüşün detalları barədə məlumatlandırıb.
Həmçinin Putin Türkiyənin İstanbulda Ukrayna və Rusiya təmsilçilərinin görüşünə şərait yaratdığı üçün Türkiyə prezidentinə təşəkkür edib.
Dövlət başçıları telefon danışığı zamanı Rusiya və Türkiyə arasındakı ticarət əlaqələrinin inkişafını da müzakirə ediblər.
İsgəndər Həsənov



