
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Niderlandın Baş naziri Dik Şoof arasında telefon danışığı olub.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Türkiyə ilə Niderland arasındakı ikili münasibətləri, eləcə də bölgədəki və dünyadakı prosesləri müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyə ilə Niderland arasındakı ikitərəfli münasibətlərin güclənməsindən məmnun olduğunu, müdafiə və sənaye başda olmaqla üzrə iki ölkə arasında iş birliyini daha da möhkəmləndirməyi düşündüyünü vurğulayıb.
Ərdoğan həmçinin Qəzzadakı insan fəlakətinin davam etdiyini, o cümlədən İsrailin Qəzzanı tamamilə nəzarətə götürməyini qəbul etməyəcəyini bildirib.
Türkiyə prezidenti Ukrayna-Rusiya müharibəsinə də toxunaraq, münaqişənin sülhlə başa çatmasına çalışdığını vurğulayıb.
İsgəndər Həsənov



