
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ilə görüş keçirib.
525.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı ikitərəfli gündəliyə daxil olan məsələlər müzakirə edilib. Həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq diqqətdə olub.
Paşinyan və Overçuk ikitərəfli ticarət dövriyyəsinin dinamikası və birgə proqramların icrasını da müzakirə ediblər.
Pərvanə Sultanova



