
Sentyabrdan etibarən Çexiyanın bir magistral yolunda sürət həddi 150 km/saata qədər artırılacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yolların və avtomagistralların idarə olunmasına nəzarət edən qurum məlumat yayıb.
Söhbət 3 saylı şossenin (Dalnice 3) 50 kilometrlik hissəsindən gedir. Burada sürət həddi hava şəraiti əlverişli olanda 150 km/saata kimi artırıla bilər. Bu barədə yollarda quraşdırılmış 42 tablo vasitəsilə sürücülərə məlumat veriləcək.
Qeyd edək ki, hazırda Çexiya yollarında maksimal sürət həddi 130 km/saatdır.
L.Tağıyeva



