
“Əgər ratifikasiya prosesində Konstitusiya Məhkəməsi paraflanmış və sonda imzalanmış sülh sazişinin Konstitusiyaya zidd olduğu barədə qərar çıxarsa, mən özüm Konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcəm”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, indi bu barədə düşünməyə ehtiyac yoxdur. Baş nazir xatırladıb ki, hökumətin yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəliyi var:
“Hazırda yeni konstitusiya layihəsi üzərində işləyirik. Yekunlaşanda yəqin ki, referendum keçirəcəyik”.
Pərvanə Sultanova



