
“İsrail Livan hökumətini tərksilah etmək səylərində dəstəkləməyə hazırdır”.
525.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisindən bildirilib.
“Livan hökumətinin 2025-ci ilin sonuna kimi Hizbullahı tərksilah etmək istiqamətində çalışmaqla bağlı qərarı əhəmiyyətli bir hadisədir. Bu mühüm inkişafın fonunda İsrail Hizbullahı tərksilah etmək və hər iki ölkə üçün daha təhlükəsiz və sabit gələcəyə nail olmaq üçün birlikdə işləmək səylərində Livanı dəstəkləməyə hazırdır”, - bəyanatda deyilir.
O da vurğulanıb ki, əgər Livan Silahlı Qüvvələri Hizbullahı tərksilah etmək üçün lazımi addımları atsa, İsrail Livanda hərbi mövcudluğunun tədricən azaldılması da daxil olmaqla, cavab tədbirləri görəcək.
Pərvanə Sultanova



