
İngiltərədə helikopter qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Vayt adasında helikopter tarlaya düşüb.
Helikopterdə neçə nəfərin olduğu və xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat hələlik yoxdur.
Qəzanın şahidlərindən biri bildirib ki, helikopterdə təxminən 4 nəfər olub və toqquşma zamanı hava yastıqları açılıb.
Ləman İlkin



