
Dağıstanda 3.4 bal gücündə zəlzələ olub.
525.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla 08:34-də (Bakı vaxtı ilə 09:34) Karabudaxkent rayonunda 2 km dərinlikdə baş verib.
İlkin məlumatlara görə, hər hansı dağıntı baş verməyib.
İbrahim Cəfərov



