
İranın Kanberradakı səfiri Əhməd Sadiqi persona-non-qrata elan edilib və Avstraliyadan deportasiya olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese deyib. O bildirib ki, Avstraliya Milli Təhlükəsizlik Agentliyi (ASIO) ötən il Melburndakı sinaqoq və Sidneydəki “Lewis Continental”a edilən hücumların arxasında İran hökumətinin dayandığına dair kəşfiyyat məlumatları əldə edib.
Albanese İranın Kanberradakı səfiri Sadeqinin Avstraliya hökuməti tərəfindən “persona non qrata” elan edildiyini və digər üç məmurla birlikdə deportasiya olunduğunu vurğulayıb.
“Bunlar Avstraliya torpağında xarici bir millət tərəfindən həyata keçirilən çox təhlükəli fəaliyyətlərdir”, - deyə Baş nazir bildirib və o bu vəziyyəti qəbuledilməz adlandırıb.
İbrahim Cəfərov



