
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun vəkili Nüsrət Yılmaz saxlanılıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində rüşvətxorluğa vasitəçilik etməkdə ittiham olunur. İstanbul Baş Prokurorluğu tərəfindən Trabzonda saxlanılan Nüsrət Yılmaz İstanbula gətirilib.
Bu gün tibbi müayinədən keçəndən sonra o, əvvəlcə İstanbul Vətən Polis Şöbəsinə gətirilib, daha sonra isə oradakı rəsmiləşdirmələrdən sonra məhkəməyə göndərilib.
Qeyd edək ki, Nusret Yılmaz həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və onun həyat yoldaşı Dilek İmamoğlunu müdafiə edən vəkildir.
İsgəndər Həsənov



