
Əfqanıstanın paytaxtı Kabildə ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülmetin Kani açıqlama verib. O, avtobusunun yoldan çıxaraq aşdığını bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, qəza sürücünün səhlənkarlığı səbəbindən baş verib.
Məhəmməd Tağıyev



