
Cənubi Koreyada dərs saatlarında telefon qadağan edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə parlamenti məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadəni qadağan edən qanun layihəsini qəbul edib.
Parlamentdə iştirak edən 163 üzvdən 115-i qanun layihəsinin lehinə səs verib.
Yeni qanuna əsasən, əlil tələbələr, xüsusi təhsilə ehtiyacı olanlar və fövqəladə hallar istisna olmaqla, tələbələr dərs saatlarında mobil telefonlarından və smart cihazlarından istifadə edə bilməyəcək.
Qeyd edək ki, qanun 2026-cı ilin mart ayından başlayaraq yeni tədris ilindən qüvvəyə minəcək.
Məhəməd Tağıyev



