
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin vəzifəsini tərk etməlidir.
525.az xəbər verir ki, bu barədə o, brifinq zamanı deyib.
"Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktiç Nersisyan (II Qaregin – red.) vəzifəsini tərk etməlidir", - Paşinyan söyləyib.
Əlavə edib ki, bu məqsədə çatmaq üçün hərəkata özü rəhbərlik edəcək.
Pərvanə Sultanova



