|
|
|
|

“Nəqliyyatda gediş haqları 30 qəpikdən 40 qəpiyə, 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Bildirildi ki, daşınma xərləri çoxdur. Ona görə də qiymət artımına gedilməlidir. İndi də deyilir ki, geduş haqqı 1 manata qaldırıla bilər. Fikrimcə, buna zərurət yoxdur. Çünki son 2 ildə benzin və digər yanacaq növlərinin qiyməti iki dəfə bahalaşmayıb. Belə olduğu təqdirdə qiymət artımına gedilə bilərdi”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a söyləyib. O qeyd edib ki, əgər əgər nəqliyyatda gediş haqqı qaldırılacaqsa, o halda mütləq sosial müdafiəyə ehtiyacı olan təbəqə nəzərə alınmalıdır. Əks halda bu insanlarda böyük narazılıq yaradacaq:
“Əgər nəqliyyatda gediş haqqı bahalaşacaqsa, bu, əhalinin sosial baxımdan həssas təbəqəsinə çox ciddi təsir göstərəcək”.
Sevinc QARAYEVA



