|
|
|
|

Futbol üzrə Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsində öz meydanında İspaniyaya 0:6 hesabı ilə uduzub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada baş tutan görüş “ay-ulduzlular”ın tarixinə ən ağır məğlubiyyətlərdən biri kimi düşüb.
Türkiyə millisinin tarixində ən acı məğlubiyyət 0:8-dir. Komanda iki dəfə İngiltərə, bir dəfə isə Polşa ilə matçlarda qapısında 8 cavabsız qol görüb.
Bundan başqa, Türkiyə yığması 1928-ci ildə Misirə 1:7 hesabı ilə uduzub.
0:6 hesabı isə Türkiyə millisinin tarixində dördüncü dəfə qeydə alınıb. İspaniyaya qədər “ay-ulduzlular” Macarıstan, Çexoslovakiya və İtaliya ilə matçlarda da qapısından 6 top buraxıb.
İbrahim Cəfərov



