https://525.az/img/pics/medium/2026-07/396394_a23gx167ex.jpeg Anardan Əkrəm Əylislinin mükafat almasına münasibət
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycan güləşçiləri Universiadada 8 medal qazanıb

Azərbaycan güləşçiləri Universiadada 8 medal qazanıb

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıb.

525.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün daha 6 çəkidə mübarizə baş tutub.

Bu gün daha 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb.

Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub. Xatırladaq ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.

Qedy edək ki, yekunda Azərbaycanın yunan-Roma güləşi millisi 1-ci, sərbəst güləş yığması isə 2-ci yeri tutublar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.