|
|
|
|

“Ətin qiymətindəki artım payızda da davam edəcək. Bahalaşmanın başlıca səbəbi ət istehsalının azlığıdır. Bu problem aradan qalxmadıqca bahalaşma davam edəcək”.
Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a söyləyib.
O bildirib ki, bu gün ət istehsalının artırılması istiqamətində ciddi iş görülmür: “Heyvanlar üçün yığılan yemin qiyməti çox bahadır. Bu da heyvandarlıqla məşğul olan sahibkarların xərclərini artırır. Xərclər artdıqca onlar da məcbur olub ziyana getməmək üçün ətin qiymətini bahalaşdırırlar”.
Sevinc Qarayeva



