https://525.az/img/pics/medium/2026-07/396394_a23gx167ex.jpeg Anardan Əkrəm Əylislinin mükafat almasına münasibət
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı

U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində 2-ci turun matçına çıxıb.

525.az xəbər verir ki, B qrupunda yarışan komandamız Bolqarıstan komandasını qəbul edib. Mərdəkan qəsəbəsi stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu gün əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün Bolqarıstanla matçda U-21-ə onun köməkçisi Elnur Çodarov rəhbərlik edib. 

Qeyd edək ki, Azərbaycan U-21 yığması seçmə mərhələdə ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Bolqarıstan isə Cəbəllütariqə qalib  gəlib - 3:0.

18:00. Azərbaycan - Bolqarıstan - 1:1

Qollar: Emin Rüstəmov, 41 - Nikola İlyev, 44

Baş hakim: Florian Lata (Albaniya)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.