|
|
|
|

“Bizim Ermənistan-Azərbaycan vahid mal bazarımız olacaq”.
525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
O deyib ki, ermənilərin çoxu Azərbaycan sərhədçisini görmək istəmir, bu, pisdir, çünki biz qonşuyuq və bu da zamanla keçəcək.
“Ermənilər və azərbaycanlılar Moskvada bir yerdə bizneslə məşğul olurlar, dostluq edirlər, bir-birinin ad gününə gedirlər, başqa ölkələrdə də belədir”, - spiker əlavə edib.
Simonyan bildirib ki, həssaslıq hər iki tərəfdə mövcuddur, lakin onlar üçün prioritet və vacib olan kommunikasiyaların mümkün qədər tez açılmasıdır:
"Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid mal bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Bakıda və digər şəhərlərdəki mağazalarda isə erməni malları satılacaq. Bu, qaçılmazdır".
Pərvanə Sultanova



