|
|
|
|

Yarım əsrdən çox vaxt keçdikdən sonra bəşəriyyət yenidən Aya səyahətə çıxmağa hazırlaşır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA 2026-cı ilin əvvəlində Artemida II missiyası çərçivəsində üç amerikalı və bir kanadalı astronavtı Ay orbitinə göndərməyi planlaşdırır. Bu, 1972-ci ildə Apollon 17-dən sonra Ay ətrafında ilk insanlı missiya olacaq.
Astronavtlar Kristina Hammok Koç (NASA), Reid Viseman (NASA, missiya komandiri), Viktor Glover (NASA) və Ceremi Hansendir (Kanada Kosmik Agentliyi).
NASA, ekipajın Ayın orbitinə çıxacağını, lakin səthə enməyəcəyini açıqlayıb.
İbrahim Cəfərov



