|
|
|
|

İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.
525.az xəbər verir ki, bu barədə SABA agentliyi məlumat yayıb. Qeyd olunub ki, İsrail ordusunun Sənaya hücumları nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 174-ə yüksəlib.
Xatırladaq ki, dünən İsrail ordusu Yəmənin paytaxtı Sənada bir neçə məntəqəni bombalayıb. İsrail ordusunun yaydığı açıqlamada husilərə məxsus hərbi mövqeləri hədəf alan genişmiqyaslı hücumun həyata keçirildiyi qeyd olunmuşdu.
İbrahim Cəfərov



