|
|
|
|

Danimarkada pilotsuz təyyarə böhranı davam edərkən, üç gündə ikinci dəfə ölkədə bir hava limanı saatlarla bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalındakı Olborq hava limanı yaxınlığın icazəsiz pilotsuz təyyarənin uçuşu müşahidə edilib. Bundan sonra hava limanı müvəqqəti olaraq bağlanıb, bəzi təyyarələr paytaxt Kopenhagendəki Kastrup hava limanına yönləndirilib.
Cənubdakı Esbyerq, Sonderborq və Skrydstrup hava limanları ətrafında da dronların uçuşu müşahidə edilib.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen pilotsuz təyyarələrin arxasında "peşəkar aktyorun" olduğunu bildirib və onları hibrid hücum kimi xarakterizə edib.
Polis hələ də hadisənin arxasında kimin dayandığını, dronların haradan gəldiyini və ya hara yoxa çıxdığını bilmir.
İbrahim Cəfərov



