|
|
|
|

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dinamik şəkildə, qarşılıqlı maraq doğuran bütün sahələri əhatə etdiyini vurğulayıblar.
Məlumata görə, A.Mirzoyan və K.Kallas regional sabitlik və sülh üçün mühüm amil olan beynəlxalq kommunikasiya proqramlarının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Pərvanə Sultanova



