|
|
|
|

ABŞ-nin Şimali Karolina ştatında gecə klubunda atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sautport şəhərində yerləşən gecə klubunda baş verən atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Hüquq-mühafizə orqanları bildirib ki, bir şəxs qayıqla kluba yaxınlaşaraq atəş açıb.
Sautport Bələdiyyəsinin mətbuat katibi Çian Ketçum hücumla bağlı bir nəfərin saxlanıldığını, hazırda həmin şəxsin sorğu-sual edildiyini bildirib.
Məhəmməd Tağıyev



