|
|
|
|

“Almaniya Ukraynaya daha iki müasir "Patriot" hava hücumundan müdafiə sistemini təhvil verməyə hazırlaşır. Onların çatdırılması 2025-ci ilin sonuna planlaşdırılır”.
525.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Nazir xatırladıb ki, Rusiya bu yaxınlarda Ukrayna ərazisinə 580-dən çox pilotsuz uçuş aparatı və 40-dan çox raketlə kütləvi hücum edib:
“Bu, Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsinin zəruriliyini təsdiqləyir. Biz məhz bununla məşğuluq”.
Nazir bildirib ki, Berlin artıq üç “Patriot” sistemini Kiyevə çatdırıb: “Bu ilin sonuna kimi norveçli tərəfdaşlarımızın dəstəyi ilə daha iki müasir “Patriot” sistemini təhvil verəcəyik”.
Pərvanə Sultanova



