|
|
|
|

ABŞ prezidenti Donald Tramp bu gün Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu sabah Ağ Evdə qəbul edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri Netanyahu ilə görüşlə bağlı danışıb.
O bildirib ki, hər kəs Qəzza ilə bağlı razılığa gəlmək istəyir: “Ümid edirəm ki, Netanyahu ilə görüşdə bunu yekunlaşdıra bilərik”.
Tramp əlavə edib ki, Netanyahu ilə razılığa gələcəklərinə ümid edir: “Təkcə Qəzzada deyil, Yaxın Şərqdə daha geniş sülhə nail olmağı hədəfləyirik”.
İsgəndər Həsənov



