|
|
|
|

Hindistanın Racastan ştatının Caypur şəhərindəki xəstəxananın reanimasiya şöbəsində yanğın olub.
525.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində reanimasiyada olan 11 xəstədən 6-sı həlak olub.
Hindistanın Baş naziri Narendra Modi X sosial media platformasındakı paylaşımında həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Yanğının reanimasiya şöbəsində elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.
İsgəndər Həsənov



