|
|
|
|

Türkiyənin Aydın şəhərində polis axtarışda olan şəxslərlə bağlı silsilə əməliyyatlar həyata keçirib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlarda axtarışda olan, bəzilərinin cəzası dəqiqləşmiş 32 nəfər yaxalanıb. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
İki gün davam edən əməliyyat tədbirləri zamanı tutulan şəxslərdən 6 nəfəri 2 ilədək, biri isə 2 ildən 5 ilədək həbs cəzası gözləyir.
Bundan əlavə, müəyyən edilib ki, tutulan şəxslərdən 3-ü “Borcun ödənilməsi şərtlərini pozma”, 1-i “Xəsarətləndirmə”, 1-i “Dələduzluq”, 2-si digər cinayətlər, 12-si isə yalan ifadə verdikləri üçün axtarışda olub. Tutularaq saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
İsgəndər Həsənov



