|
|
|
|

Roma Papası XIV Leo ilk beynəlxalq səfərini Türkiyəyə edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər 27-30 noyabr tarixlərində reallaşacaq.
Bu barədə Vatikanın sözçüsü Matteo Bruni məlumat verib. O bildirib ki, Papa XIV Leo prezident Rəcəb Tayyib Ərdoğan və dini qurumların dəvəti ilə 27-30 noyabr tarixlərində Türkiyəyə səfər edəcəK.
Həmçinin qeyd olunub ki, Papa XIV Leo Türkiyədən sonra noyabrın 30-dan dekabrın 2-dək Livanda səfərdə olacaq.
Qeyd edək ki, XIV Leo Türkiyəyə səfər edən beşinci Papa olacaq. Daha əvvəl 1967-ci ildə Papa VI Pavel, 1979-cu ildə Papa II İoann Pavel, 2006-cı ildə Papa XVI Benedikt və 2014-cü ildə Roma Papası Fransisk Türkiyəyə səfər ediblər.
İsgəndər Həsənov



