|
|
|
|

İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci il fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
525.az xəbər verir ki, Con Klark, Mişel Devoret və Con Martinis “makroskopik kvant mexaniki tunelin kəşfi və elektrik dövrəsində enerjinin kəmiyyətinin müəyyən edilməsinə görə” mükafatlandırılıblar.
Qeyd edək ki, ingilis fizik Klark 1942-ci ildə İngiltərənin Kembric şəhərində anadan olub. O, 1964-cü ildə İngiltərənin Kembric Universitetinin Fizika fakültəsini bitirmiş, 1968-ci ildə həmin universitet və kafedrada doktorluq dərəcəsini tamamlamışdır. Klark hazırda ABŞ-da Berkli Kaliforniya Universitetində Fizika Departamentində professor kimi çalışır.
Mişel Devoret 1953-cü ildə Fransanın Paris şəhərində anadan olub. O, 1982-ci ildə Paris-Saklay Universitetində fizika üzrə doktorluq dərəcəsini bitirib. Fransız alim hazırda Yale Universitetində və Kaliforniya Universitetində, eləcə də Santa Barbarada professor kimi fəaliyyət göstərir.
Con Martinis isə 1958-ci ildə ABŞ-da anadan olub. Martinis bakalavr və doktorluq dərəcələrini Kaliforniya Universitetində, Berklidə Fizika Departamentində bitirib və hazırda Santa Barbara Kaliforniya Universitetində professor vəzifəsində çalışır.
İsgəndər Həsənov



