|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı ölkələr arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyənin Qəzzada atəşkəsə nail olmaq və bölgəyə humanitar yardım çatdırmaq üçün səylərini davam etdirdiyini vurğulayıb.
Türkiyə prezidenti həmçinin bəyan edib ki, Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə başa çatması üçün diplomatik səylər sürətləndirilməlidir.
Görüş zamanı Ərdoğan Putini ad günü münasibətilə də təbrik edib.
İbrahim Cəfərov



