|
|
|
|
“Təhsil Nazirliyi növbəti illərdə təhsil sisteminin İKT ilə təminatı ilə bağlı yeni dövlət proqramı layihəsini hazırlayaraq hökumətə təqdim edib”.
525.az-ın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir deyib ki, təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” artıq başa çatır.
M.Mərdanov əlavə edib ki, yaxın zamanlarda növbəti 7 ili əhatə edəcək proqramın təsdiq olunması gözlənilir. Növbəti 7 illik proqramda çoxlu yeniliklər nəzərdə tutulub. Proqram hökumət tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə geniş məlumat veriləcək.
S.QARAYEVA