|
|
|
|
“Hazırda təhsil müəssisələrindən ən ciddi məsələlərdən biri müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarığının artırılmasıdır. Bu istiqamətdə ciddi işlər görülüb və görüləcək də”.
525.az-ın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Təhsil naziri vurğulayıb ki, son illərdə 80 minə yaxın orta məktəb müəllimi İKT-dən istifadə bacarıqlarına yiyələnib. Onun sözlərinə görə, bu rəqəm də bütün müəllimlərin yarısından çoxu deməkdir:
“Təbii ki, bununla iş bitmir. Əgər müəllimlər əvvəllər müsabiqələrə kitab-dəftərlə gəlirdilərsə, indi onlar kompüter və digər İKT avadanlıqları gətirirlər. Bu gün də İKT-nin kütləvi şəkildə istifadə olunduğu yerlər məhz təhsil müəssisələridir. Ona görə də bu müəssisələrdə İKT-nin tətbiqini genişləndirməliyik. Gələcək illərdə də internet xidməti göstərən məktəblərin sayının artırılması, internet şəbəkəsinin genişləndirilməsi, tezliyin artırılmasına xidmət edən addımların atılması planlaşdırılıb”.
S.QARAYEVA