|
|
|
|

Fransada sürücü idarə etdiyi avtomobili bilərəkdən insanların üzərinə sürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən səhər Orelon adasında baş verib.
Nəticədə biri velosipedçi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlardan 5-i ağır yaralanıb, ikisinin vəziyyəti ağırdır. Ölümlə üz-üzə qalanlar helikopterlə yaxınlıqdakı daha böyük xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, hadisənin səbəbkarı olan 30 yaşlı kişi polis tərəfindən saxlanılıb. Onun qəzanı narkotik maddənin təsirindən törətdiyi ehtimal olunur.
L.Tağıyeva



