
Zaqatala rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün səhər saatlarında Zaqatala rayonunun Maqov kəndində, kənd mədəniyyət evi və Maqov kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 400kv/m olan inzibati binada qeydə alınıb.
Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
İnzibati binada baş verən yanğın artıq lokallaşdırılıb, yanğının tam söndürülməsi istiqamətində iş gedir.



