
“QS “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026”-də də UNEC Azərbaycanda 1-ci yerə yüksəldi. Eləcə də, UNEC dünyada ən yaxşı 726-cı, Asiyada 221-ci, Qərbi Asiyada 45-ci universitetdir. Reytinqə dünyanın 108 ölkəsinin univetsitetləri iştirak edib”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, qiymətləndirmə ali təhsil müəssisələrinin 1-ətraf mühitə təsir, 2 -sosial məsuliyyət və 3 -idarəetmə fəaliyyətləri əsasında aparılıb:
“UNEC dayanıqlılıq üzrə ölkənin ən yüksək göstəriciyə malik universitet olmaqla bərabər həm də 3 istiqamətin hər biri üzrə də birinci yerdədir”.
Sevinc Qarayeva



